Axtar

İmam Əli və Fatimə Zəhranın (ə) Evliliyindən Gənclər üçün ibrətlər

  • Paylaş:
İmam Əli və Fatimə Zəhranın (ə) Evliliyindən Gənclər üçün ibrətlər

Ailə cəmiyyətin əsas sütunudur və sağlam ailə modeli sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır. İslam tarixində nümunəvi ailə modeli kimi İmam Əli  (ə)  ilə Fatimə Zəhraın  (s.ə)  ailə həyatı xüsusi əhəmiyyət daşıyır. Bu evlilik təkcə dini baxımdan deyil, həm də sosial, psixoloji və əxlaqi baxımdan ideal ailə münasibətlərinin nümunəsi hesab edilir. Müasir dövrdə ailə institutunun müxtəlif problemlərlə qarşılaşdığı bir zamanda , onların həyat tərzi gənclər üçün mühüm örnək ola bilər.

Aşağıda İmam Əli (ə) və Fatimə Zəhranın (ə.s) evliliyindən gənclər üçün bəzi nümunələri gətirəcəyik.

1. Evliliyin sadəliyi və mənəvi əsasları

İmam Əli (ə) ilə Fatimə Zəhranın (s.ə) evliliyi sadəlik üzərində qurulmuşdu.  Onların nikahında maddi zənginlik deyil, iman, əxlaq və qarşılıqlı hörmət əsas meyar olmuşdur. Rəvayətlərə görə, İmam Əli (ə) mehriyyə üçün öz zirehini satmış və çox sadə bir ev qurulmuşdu.

Bu hadisə müasir gənclərə mühüm mesaj verir və bunu başa salır ki, e vlilik maddi yarış deyil və evlilikdə əsas məsələ, iki tərəfin arasındakı uyğunluq, mənəviyyat və xarakter uyğunluğu olmalıdır. Ona görə də israfçılıq və təmtəraqla dolu olan ailə,səadətin təminatı deyil. 

Müasir cəmiyyətdə bir çox gənc yüksək maddi tələblər səbəbindən evlilikdən uzaqlaşır. Halbuki bu müqəddəs ailənin nümunəsi  onu  göstərir ki, xoşbəxt ailənin təməli  maddiyyat yox, sadəlik və səmimiyyətdir.

2. Qarşılıqlı hörmət və sevgi

İmam Əli (ə) və Fatimə Zəhra (ə) arasında qarşılıqlı hörmət ailə həyatının əsas xüsusiyyətlərindən idi. Tarixi mənbələrdə qeyd olunur ki, İmam Əli (ə) heç vaxt Fatimə Zəhranı ( s. ə) incitməmiş, o da həyat yoldaşına daim ehtiram göstərmişdir.

Ona görə də gənclər, xüsusi ilə də yeni ailə quranlar, bilməlidilər ki, ailə daxilində hörmət sevginin davamlılığını təmin edir, təhqir və kobud davranış isə, ailə bağlarını zəiflədir. Unutmamalıyıq ki, sağlam ünsiyyət ailə problemlərinin həllində əsas vasitədir. 

Müasir ailə psixologiyası da göstərir ki, emosional dəstək və hörmət, uzunmüddətli münasibətlərin əsas faktorlarındandır.

3. Məsuliyyət bölgüsü və əməkdaşlıq

Rəvayətlərə əsasən, ev işləri ailə daxilində bölüşdürülməlidir. Tarixdə nəql edilir ki, Fatimə Zəhra (s.ə) evdaxili işlərlə, İmam Əli (ə) isə evdən kənar məsuliyyətlərlə məşğul olurdu.  Bununla belə, İmam Əli (ə) ev işlərində də yardım göstərirdi.

Ona görə də a ilə həyatında əməkdaşlıq vacibdir . Kişi və qadın bir-birinin yükünü azaltmalı, ailə yalnız hüquqlar deyil, qarşılıqlı məsuliyyətlər sistemidir. 

Müasir ailə modellərində də ortaq məsuliyyət ailə sabitliyini gücləndirən əsas amillərdən hesab olunur.

4. Səbir və çətinliklərə dözümlülük

İmam Əli (ə) və Fatimə Zəhranın (s.ə) ailə həyatı maddi baxımdan rahat olmamışdır. Bəzən evdə yemək belə az olurdu. Lakin onlar çətinlikləri iman, səbir və qarşılıqlı dəstək ilə qarşılayırdılar.

Gənclər başa düşməlidir ki, maddi çətinlik ailənin dağılması üçün səbəb olmamalıdır. Hər növ çətinlik qarşısında səbir və həmrəylik göstərmək, ailənin möhkəmlənməsinə səbəb olur.

Çətin günlərdə bir-birinə dəstək olmaq, ailə səadətinin əsas şərtidir. 

5. Övlad tərbiyəsində nümunəvi yanaşma

Bu müqəddəs ailədə İmam Həsən və İmam Hüseyn (ə) kimi böyük şəxsiyyətlər yetişmişdir.  Bu isə valideynlərin mənəvi və əxlaqi tərbiyəyə verdiyi önəmi göstərir.

Uşağın tərbiyəsi valideyn davranışı ilə başlayır . Çünki əxlaq danışmaqla deyil, praktiki nümunə ilə öyrədilir. Ailə mühiti şəxsiyyət formalaşmasında əsas rol oynayır. 

Müasir pedaqogika da ailə mühitinin uşağın psixoloji inkişafında həlledici faktor olduğunu təsdiqləyir.

6. Mənəviyyatın ailədə rolu

İmam Əli (ə) və Fatimə Zəhra ( s. ə) ailəsinin əsas xüsusiyyətlərindən biri , ibadət və Allaha bağlılıq idi. Onların ailəsində mənəvi dəyərlər maddi maraqlardan üstün tutulurdu.

Bu xüsusiyyət müasir gənclərə başa salır ki, mənəviyyat ailəyə daxili sakitlik verir, o rta q dəyərlər ailə birliyini gücləndirir , d ini və əxlaqi prinsiplər ailə böhranlarının qarşısını almaqda mühüm rol oynayır. 

Ona görə də  İmam Əli  (ə)  və Fatimə Zəhraın  (s.ə)  ailə həyatı yalnız dini baxımdan deyil, həm də sosial və psixoloji aspektdən ideal ailə modeli kimi qiymətləndirilə bilər. Sadəlik, qarşılıqlı hörmət, əməkdaşlıq, səbir və mənəviyyat , onların ailəsinin əsas dayaqları olmuşdur. Müasir gənclər bu prinsipləri mənimsəməklə daha sağlam və davamlı ailə münasibətləri qura bilərlər.

Bu müqəddəs ailənin nümunəsi  onu  göstərir ki, xoşbəxt ailənin əsası maddiyyat deyil, iman, əxlaq və qarşılıqlı sevgidir.

 

Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev