Axtar

İmam Rzanın (ə) ən önəmıi tövsiyələri

  • Paylaş:
İmam Rzanın (ə) ən önəmıi tövsiyələri

İmam Rza  (ə)    müsəlman    cəmiyyətində  hikmətli sözləri və əxlaqi tövsiyələri ilə tanınır. Onun nəsihətləri əsasən insanın daxili tərbiyəsi, ədəb-əxlaqı və Allahla əlaqəsi üzərində qurulub. Ən önəmli tövsiyələrindən bəzilərini sadə şəkildə belə ümumiləşdirmək olar:

1. Təqva və Allaha bağlılıq  
İmam Rza  (ə)  insanın ən böyük dayağının Allah olduğunu vurğulayırdı. O deyirdi ki, insan hər işində Allahı nəzərə almalı və günahdan çəkinməlidir.

2. Elm öyrənmək və düşünmək  
Elm axtarmaq  imam ın    (ə)  əsas tövsiyələrindən biri idi . O bildirirdi ki, bilik insanı ucaldır və cahillikdən qoruyur.

3. Əxlaq və gözəl davranış  
İnsanlarla mehriban olmaq, səbirli davranmaq, qəzəbi nəzarətdə saxlamaq İmamın  (ə)  çox vurğuladığı xüsusiyyətlərdəndir.

4. Orta yol (ifrat və təfritdən uzaq olmaq)  
Həyatda ifrata varmamaq, hər şeydə balansı qorumaq onun mühüm prinsiplərindən idi.

5. Sədəqə və başqalarına yardım  
Kasıblara kömək etmək, ehtiyacı olanlara əl tutmaq böyük savab dır. İmam Rza (ə) həm sədəqə verməkdə, həm də başqalarına yardım etməkdə həmişə qabaqcıl olub və bu işlərdə insanlar onu özü üçün nümunə götürürdü.

6. Valideynlərə hörmət  
İmamın (ə) ən mühim tövsiyələrindən biri də, valideynə ehtiram göstərmək və onların razılığını qazanmaq idi. 

7. Səbir və şükür  
Çətinliklərdə səbirli olmaq, nemətlərə görə şükür etmək insanın kamilləşməsinə səbəb olur. Elə bu səbəbə görə də imam (ə) daim insanları çətinliklərdə səbirli olub, əldə olan nemətlər qarşısında şükr etməyə çağırırdı.

Həzrət (ə) hədislərinin birində şükr barədə belə buyurur: Şükür etməyən, verilən nemətin davamını haqq etmir.

8. Dost seçiminə diqqət  
İmamın (ə) ən mühim tapşırıqlarından biri də bu idi ki, dost seçimində diqqətli olmaq lazımdır. Ona görə də o həzrət (ə) buyurur ki, yaxşı insanlarla dostluq edib, pis dostlardan və mühitdən uzaq durmaq lazımdı.

İmam (ə) bu barədə belə buyurur: Pis dostdan çəkin, çünki o səni həlaka aparar.

 

Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev