Axtar

İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək

  • Paylaş:
İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək

İmam Zaman zühur edəndən sonra ilk olaraq Hud surəsinin 86-cı ayəsini oxuyacaq.
Dünyanı zülmdən xilas edib, onu ədalətlə dolduran Ilahi bir şəxsin gəlməsi mütləqdir. Ona görə də dünyanın sonuna bir gün qalsa belə, həmin ilahi xilaskar gəlib, yer üzündə ədaləti bərpa edəcək. Bu məsələ təkcə Quranda deyil, digər səmavi kitablarda da gəlib və bütün dinlərin ortaq cəhətlərindən biridir.

Dünyanın sonuna bir gün qalsa belə Allah o günü o qədər uzadar ki, ədaləti Mehdinin (ə.f) vasitəsilə bərpa etmək mümkün olsun. İmamın zühuru üçün bir çox əlamətlər deyilibdir. Onlardan biri də İmamın Kəbə evində xilaskar olmasını bəyan etməsidir.

İmam Zaman (ə.f) ilk sözünü necə başlayacaq?

İmam Baqir (ə) buyurub: Onun deyəcəyi ilk söz bu ayə olacaq: “Əgər möminsinizsə, (bilin )(ki,) Allahın saxladığı (Bəqiyyətullah) sizin üçün daha xeyirlidir”. (Hud-86).

Ayədən sonra İmam belə deyəcək: Allahın Bəqiyyətullahı və sizin üçün yer üzündə saxladığı Mənəm. Mən onun canişini və sizin üzərinizdə olan höccətiyəm.

Bu zaman ona salam verən bütün müsəlmanlar deyərlər: “Salam olsun sənə ey Bəqiyyətullah”. (Kəmaluddin, səh-331, hədis-16).