Axtar

Misirdə Məscid Memarlığı üzrə Üçüncü Beynəlxalq Seminar keçiriləcək

  • Paylaş:
Misirdə Məscid Memarlığı üzrə Üçüncü Beynəlxalq Seminar keçiriləcək

İsgəndəriyyə Kitabxanasının İslam Sivilizasiyası Araşdırmaları Mərkəzi (Bibliotheca Alexandrina) ilə Səudiyyə Ərəbistanının “Abdullatif Al Fozan Məscid Memarlığı Mükafatı” əməkdaşlıq çərçivəsində “Məscidlərdə minarə memarlığının təkamülü: köklər, rol və kimlik – gələcəyə baxış” mövzusu ilə üçüncü beynəlxalq məscid memarlığı seminarını keçirəcək.

Konfrans 2025-ci il avqustun 27–28-də İsgəndəriyyə Kitabxanasının konfrans zalında təşkil olunacaq.

Seminarda Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Suriya, Yəmən, İspaniya və Türkiyədən alimlər iştirak edəcəklər.

Seminarda müzakirə olunacaq mövzular bunlardır:

Minarə memarlığı: “Abdullatif Al Fozan Məscid Memarlığı Mükafatı”nı qazanmış məscidlərin minarələri;

Məscid memarlığında minarə: rəmz, funksiya və gələcək

İslam şəhərinin vizual-estetik formalaşması və minarə memarlığı;

21-ci əsr üçün minarə dizaynı standartları;

Minarələr: ədədi əlaqə və planlaşdırma;

Minarənin müqəddəs keçmişlə gələcək ehtiyaclar arasında müasir bir simvol kimi rolu;

Müasir memarlıqda minarəsiz məscidlər;

Müasir məscid dizaynında minarənin zəruriliyi;

Avropa minarələri: Salonikidən İsveçrəyədək;

Qahirədə Osmanlı minarələrinin mövqeyi, forması və bəzəkləri baxımından təkamülü;

Minarədə tətbiq olunan İslam şəhərinin vizual-estetik formalaşması;

Misirdə minarə memarlığında Məğrib–Əndəlus təsirləri;

Moğol–Hind minarə memarlığı: dini, funksional və simvolik aspektlər;

Mərkəzi Asiyada qorunub qalmış ilkin minarə memarlığı;

16-18-ci əsrlərdə Qərbi Avropada qeyri-ənənəvi minarələrin təsirləri;

Osmanlı dövründən Məhəmməd Əli sülaləsinin sonuna qədər Misirdə minarələrin siyasi tətbiqi;

Əndəlusda ilk üməvi minarələri.

Seminar çərçivəsində həmçinin memarlıq, arxeologiya və incəsənət ixtisasında təhsil alan tələbələr üçün “Məscidlərin dizaynı və memarlığı: gələcəyə baxış” adlı təlim seminarı da keçiriləcək.