Axtar

Rüku və səcdə zamanı xüsusi zikrləri deyil, istənilən zikri söyləmək olarmı?

  • Paylaş:
Rüku və səcdə zamanı xüsusi zikrləri deyil, istənilən zikri söyləmək olarmı?

Namaz qaydalarına görə, rüku halında ən azı bir dəfə “Sübhanə Rəbbiyəl-əzimi və bihəmdih”, səcdələrdə isə ən azı bir dəfə “Sübhanə Rəbbiyəl-əəla və bihəmdih” zikrini söyləmək lazımdır. Bu zikrləri tək sayda artırmaq daha yaxşıdır (məsələn, üç, beş ya yeddi dəfə). Bunun əvəzinə ən azı üç dəfə “sübhanallah” zikrini söyləmək də izacəlidir. Bunlar rüku və səcdənin müstəhəbbi zikrləridir. Lakin rüku və səcdədə bunların əvəzinə istənilən digər zikrləri də söyləməyə icazə verilir və bu zaman namaz düzgün sayılır. Məsələn, üç dəfə “Əlhəmdu lillah” və ya “Allahu əkbər” yaxud “Əstəgfirullah” zikrlərini də söyləmək olar. Bunlar qısa zikrlər olduğu üçün onların sayını üç dəfədən az etmək olmaz, üçdən daha çox sayda söyləməyin savabı çoxdur.