Axtar

Toronto Universitetində “Quran və Şiə İslamı” konfransı keçiriləcək

  • Paylaş:
Toronto Universitetində “Quran və Şiə İslamı” konfransı keçiriləcək

Bu konfransın məqsədi tədqiqatçılar üçün şiələrin Qurana yanaşmalarının müxtəlif tərəflərini araşdırmaq, həmçinin şiə alimlərinin zəngin və çoxşaxəli Quran tədqiqatlarına töhfələrini müzakirə etməkdir.

Proqram aşağıdakı kimidir:

Birinci gün – Bazar ertəsi, 25 avqust

Panel 1: Kök və əsaslar (saat 9:30 – yerli vaxtla).

Sara Əziz (Sarah Aziz): Döyüş meydanında hərmenevtika – Əli ibn Əbi Talib (ə) və Quran Siffeyndə (əyani).

Əhməd Kərimi (Ahmad Karimi): Nəhcül-bəlağədə İmam Əlinin (ə) təfsir prinsipləri (onlayn).

Sarə Tənafərd və Zəhra Qasımnejad (Sareh Tanafard & Zahra Ghasemnejad): Şiə təfsirlərinin təqdimatı və onların tarixi-tipoloji inkişafının izlənməsi (onlayn).

Seyid Məhəmmədhadi Gərami (S. M. Hadi Gerami): İlk dövr şiələrinin Quranla münasibəti – fərqli qiraətlər və təhrif diskursu arasında (onlayn).

Seyid Zeydi (Syed Zaidi): Quran haqqında İxvan əs-Səfanın yanaşması – “Nücum risaləsi”ndə (əyani).

Panel 2: Peyğəmbərlər, İmamlar və Quran (saat 11:25).

Əhab Bdəvi (Ahab Bdaiwi): Putpərəstlik və ulduz dini – İbrahimin Quranda tövhidə gedən yolu (əyani).

Səccad Rizvi (Sajjad Rizvi): Şiə təfsirində Quran və imamların yaxınlığı (əyani).

Rendi Ramal (Randy Ramal): Dürzi hikmət risalələrində Quran (əyani).

Skott Lukas (Scott C. Lucas): Böyük Zeydi imamlarından birinin Quran təfsiri (onlayn).

Panel 3: Zahid və batin (saat 14:15).

Həlim Çalis (Halim Calis): Quran mənalarının qatları – “Quranın dörd üzü” hədisinin imamiyyə təfsirləri (əyani).

Orxan Mir-Qasımov (Orkhan Mir-Kasimov): Monqol sonrası mistik və məshiyəçi qruplar şiə Quran yanaşmalarını davam etdirdimi? (əyani).

Məhəmmədəmin Mənsuri (Mohammad Amin Mansouri): Kainatı oxumaq, Quranı oxumaq – Seyid Heydər Amuli və təvil təlimi (əyani).

Metyu Terye (Mathieu Terrier): İmamiyyə şiə hərmenevtikası bir yolayrıcında (əyani).

İkinci gün – Çərşənbə axşamı, 26 avqust

Panel 4: Şiəlik və sünnilik (saat 9:45).

Fares Jilon (Fârès Gillon): “Buyelilərdən əvvəlki təfsir məktəbi” və onun nüsəyrilər və ismaililər üzərində mirası (əyani).

Xalid Sindavi (Khalid Sindawi): Ölüm ağlayır, Quran danışır – İmam Hüseynin kəsilmiş başının ayə oxuması (onlayn).

Yasmin Amin (Yasmin Amin): Yalanlar haqqında yalanlar? İfk hadisəsi – Ayişə və Mariyə Qibtiyyə arasında (onlayn).

Artur Şekter (Arthur Schechter): İlahi imam – məxluq olmayan Quran kimi (onlayn).

Hüseyn Abdussatər (Hussein Abdulsater): Qələbə vədləri – şiə təfsirlərində (onlayn).

Reyçel Fridman (Rachel Friedman): “Kəşfül-əsrar” və şiə-sünni hərmenevtik inkişaf qarşılıqlı təsiri (əyani).

Sədiqə Kərdan (Seddigheh Kardan): Şəhrestaninin Quran təfsirində gizli şiə axını (əyani).

Panel 5: Səfəvi dönüşü (saat 13:00).

Yusif Ünal (Yusuf Ünal): Qızılbaş-Ələvi sufi əxlaqında Quran hərmenevtikası (əyani).

Liyakat Təqim (Liyakat Takim): Məhəmməd Məhəssin Feyz Kaşaninin təfsiri (əyani).

Məryəm Mövəzən (Maryam Moazzen): Qurana sünnət vasitəsilə yanaşma – Feyz Kaşaninin təfsir metodologiyası (əyani).

Seyid Nizaməddin Əhməd (Saiyad Nizamuddin Ahmad): Hikməti Mütaliyyənin Qurani əsasları (əyani).

Panel 6: Müasir dövrdə dəyişikliklər və ayinlər (saat 15:00).

Seyid Məhəmməd Rizvi (Syed Muhammad Rizvi): Əllamə Təbatəbainin “Əl-Mizan” təfsirində hədisdən istifadəsi (əyani).

Həsən Duaqo (Hasan Doagoo): Əbədi cəza və ilahi ədalət – “Əl-Mizan”dan şiə baxışı (əyani).

Zeynəb Vəsal (Zeinab Vessal): Bayraqlar üzərində ayələr – metal nişanələrin üzərində Quran yazıları (onlayn).