Axtar

Şiə məzhəbinə əsasən milli dəyərlərin qorunması

  • Paylaş:
Şiə məzhəbinə əsasən milli dəyərlərin qorunması

Şiə məzhəbinə görə milli dəyərlərin qorunması dini və ictimai məsuliyyət kimi qəbul olunur. Bu yanaşma həm İslam prinsiplərinə, həm də cəmiyyətin kimliyinin saxlanmasına xidmət edir. 

Allah-tala bu mövzuya işarə edərək belə buyurur:  Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Hucurat,13).

Ayənin ən önəmli mesajı bundan ibarətdir ki, Allah bizə bunu başa salmaq istəyir ki, Allaha görə ən önəmli məsələ insanların təqvalı olmasıdır. Yəni Allaha görə ən yaxşı insan, təqvalı, Allahın haram buyurduqlarından uzaq durub, vacib buyurduqlarını yerinə yetirən insandır.

Amma bununla yanaşı Allah-tala ayədə bunu da bildirir ki, insanları xalqlara və qəbilərələ bölən də elə Allahın özü olub. Təbii ki, hər bir xalqın özünə xas olan bəzi adət-ənənələri var ki, islam dini həmin adən-ənənələrə qarşı deyil. Misal üçün əgər Allah hər hansı bir cəmiyyəti “Ərəb dilli” yaradıbsa, deməli bu xalq öz dilini qorumalı, inkişaf etdirməlidir. Və ya əgər bir qəbilə arasında Ata və anaya hörmək çox əhəmiyyət kəsb edirsə, həmin toplum bu adəti qorumalı və gələcək nəsllərə ötürməlidir. 

Mövzunu daha aydın başa düşmək üçün bir neçə əsas istiqamətə diqqət yetirmək lazımdır:

1. Dinin və kimliyin qorunması

Şiə düşüncəsində insanın həm dini, həm də milli kimliyi mühüm sayılır. İmam Əli və digər imamların (ə)  kəlamlarında ədalət, şərəf və mənəvi dəyərlərin qorunması ön plandadır. Bu dəyərlər çox vaxt milli adət-ənənələrlə üst-üstə düşür.

Bu barədə i mam Əli  (ə)  buyurur:    İnsanın dəyəri onun dinini qoruması ilə ölçülür.    Mənbə: Nəhcül-Bəlağə (hikmətlər bölməsi) .

Hədisdən məlum olur ki, hər bir insanın həqiqi dəyəri, onun dinə olan bağlılığı ilə ölçülür.Yəni insan dinini qoruya bilsə, əslində öz milli kimliyini də qoruya bilər. Çünki din təlimlərində bütün xalqlara və onların müsbət və məntiqli adət-ənənələrinə hörmət var.

2. Ənənə və adətlərin əhəmiyyəti

Şiə alimləri bildirirlər ki, İslamla ziddiyyət təşkil etməyən milli adət və ənənələr qorunmalı və yaşadılmalıdır. Məsələn, qonaqpərvərlik, böyüyə hörmət, ailə bağlarının möhkəmliyi kimi dəyərlər həm dini, həm də milli baxımdan müsbət hesab olunur.

Ənənə və adətlərin əhəmiyyəti barədə i mam Cəfər Sadiq  (ə)  buyurur:    Hər bir qövmün gözəl adətləri varsa, onları qoruyun; çünki bu, onların şərəfidir. Mənbə: Əl-Kafi, “Ədəb və davranış” bölməsi.

Deməli islam dini xalqların milli adət-ənənələrinə qarşı deyil. Əlbəttə ki, həmin adət-ənənələr din ilə ziddiyyət təşkil tapmamalıdır.

3. Ədalət və ictimai məsuliyyət

Şiəlikdə ədalət anlayışı çox güclüdür . İmam Hüseyn i (ə)  Kərbəla hadisəsi zamanı göstərdiyi mövqe zülmə qarşı durmağın simvoludur. Bu, milli dəyərlərin – xüsusilə azadlıq və ləyaqətin – qorunmasına da nümunə kimi göstərilir.

İmam Hüseyn  (ə)  buyurur Mən zülmə qarşı çıxmaq və ümməti islah etmək üçün qiyam etdim.

İmamın (ə) bu cümləsi onu başa salır ki, islam dini zülmə qarşı çıxmağı həmişə ön planda tutub. 

Zülmün növlərindən biri də budur ki, insan öz milli kimliyini, adət-ənənələrini və kökünü unutsun və ya unutdursun. Ona görədə islam dini insanları daim qarşılıqlı hörmət ilə yaşamağa, bir-birinin haqlarını qorumağa və adət-ənənələrinə hörmətlə yanaşmağa dəvət edir.

4. Dil və mədəniyyətin qorunması

Şiə alimləri dilin və mədəniyyətin qorunmasını da vacib sayırlar. Çünki dil bir xalqın kimliyinin əsas daşıyıcısıdır. Bu baxımdan milli ədəbiyyat, folklor və tarixə bağlılıq təşviq olunur.

Həzrət  Əli  (ə)  buyurur:    Övladlarınıza öz zamanlarının ədəbini öyrədin.    Nəhcül-Bəlağə (hikmətlər) .

Yəni hər bir müsəlmanın vəzifə borcudur ki, övladlarını öz zamanlarına uyğun şəkildə tərbiyə etsinlər. Ama bu o demək deyil ki, onlar öz dinini, dilini, kökünü mədəniyyətini və adət-ənənələrini unutmalıdılar. Əksinə, uşaqları öz zamanlarına uyğun tərbiyə etməkdə, dinin və milli dəyərlərin çox böyük təsiri var. 

5. Qloballaşma qarşısında mövqe

Müasir dövrdə qloballaşma milli dəyərlərə təsir edə bilər. Şiə baxışına görə, faydalı yenilikləri qəbul edib, zərərli təsirlərdən qorunmaq lazımdır. Yəni, həm dini, həm də milli kimliyi balanslı şəkildə qorumaq  çox önəmlidir .

Bu barədə i mam Cəfər Sadiq  (ə)  buyurur:    Hikmət möminin itmiş malıdır, harada tapsa götürər.

Hədisdən məlum olur ki, hikmətli kəlamlar və mənası sözlər hər zaman olub, var və olacaq. Sadəcə olaraq qloballaşma dövründə yanlış yollar ilə getməmək üçün həmin hikmətli kəlamlar və doğru yolları tapmaq lazımdır.

Əgər insan doğru yolu taparsa, müasir dövrdəki qloballaşma heç vaxt onun dininə və milli kimliyinə xələl gətirə bilməz. 

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev