Axtar

Ramazan Təbriki

  • Paylaş:
Ramazan Təbriki

Bismillahir-Rahmənir-Rahim

Əziz müsəlmanlar!

Bu il (2026) Mübarək Ramazan ayı Fevral ayının 19-u başlayacaq. Bu ayın gəlişi münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Bu ay – ilahi rəhmət, bağışlanma, bərəkət və quran ayı, eləcə də nəfsin tərbiyəsi və ruhun saflaşması ayıdır.

Uca Allahın buyurduğu kimi, bu ayda nazil olan Qura n, insanlara hidayət və  haqq ilə batili ayıran açıq dəl ildir . Əhli-beyt (ə) məktəbin ə görə,  insanın mənəvi təkamülü üçün  bu ay  misilsiz  bir  fürsət dir .

İmam Əli (ə) buyurur: Oruc yalnız yemək və içməkdən çəkinmək deyil, dilin, qəlbin və bütün üzvlərin günahdan qorunmasıdır. 

Həmçinin İmam Cəfər Sadiq (ə) buyurur ki, bu ay mömin üçün ilahi ziyafət ayıdır. Bu ziyafətdə ən böyük qazanc – bağışlanmaq, qəlbi saflaşdırmaq və Allahla yaxınlığı artırmaqdır.

Bu baxımdan Ramazan ayı sadəcə zahiri ibadət deyil, batini islah və təqva məktəbidir.

Allahdan   dil ə yim   budur   ki bu   m ü bar ə k   ayda   h ə r   k ə sin   oruc   v ə  ibad ə tini   q ə bul   etsin , d uaları müstəcab qərar versin, g ünahları bağışlasın, c əmiyyətimizə və ümmətə vəhdət, ədalət və hidayət nəsib etsin.

Bu r amazan ayı hər birimizin həyatında dönüş nöqtəsi olsun, bizi Quran və Əhli-beyt (ə) yoluna daha da yaxınlaşdırsın.

Bir daha Ramazan ayınız mübarək olsun! 
Allah oruclarınızı, namazlarınızı və bütün xeyir əməllərinizi qəbul etsin.

Vəssəlamu əleykum və rəhmətullahi və bərakatuhu.

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev